Seçkilərdə müşahidəçilərin qeydiyyat prosesi sabah başa çatır

Milli Məclisə seçkiləri izləyəcək müşahidəçilərin qeydə alınma prosesi sabah başa çatacaq.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, proses başa çatdıqdan sonra ictimaiyyətə yekun məlumat veriləcək.