Tramp Hindistana getdi

ABŞ Prezidenti Donald Trampın Hindistana səfəri başlayıb.

Axar.az xəbər verir ki, Trampın təyyarəsi Əhmədabaddakı hava limanına enib.

Trampla yanaşı Hindistana birinci xanım Melaniya Tramp və qızı İvanka da gedib.

ABŞ prezidenti səfəri zamanı Hindistan rəhbərliyi ilə görüşlər keçirəcək, eyni zamanda dünyanın ən böyük stadionlarından birində minlərlə insan qarşısında çıxış edəcək.