Mehmet Ali Ərbil aylar sonra çölə çıxdı 

Uzun müddətdir sağlamlığında ciddi problemlər yaşayan və müalicəsi davam edən türkiyəli şoumen Mehmet Ali Ərbil zooparka yollanıb.

Axşam.az xəbər verir ki, koronavirus səbəbi ilə evdən çıxmayan 63 yaşlı şoumenin ayı balasını bəsləyən zaman əllərinin əsməsi də diqqətdən qaçmayıb.

Qeyd edək ki, Mehmet dünyada sadəcə 79 insanda olan qaçış sindromu xəstəliyindən əziyyət çəkir.