Həmsədrlərə: Bəlkə, portfellərinizi yığasınız, cənablar? – Missiya bitdi !

“Bu institunun ləğv edilməsinin gündəmə gəlməsi tam realdır”

“Çünki bu qurum ermənivirusuna yoluxub. Nəfəs ala bilmir, immun  sistemi tamamailə məhv olub”


Son vaxtlar baş verənlər ATƏT-in Minsk qrupunun turist qrupu olmasına dair şübhə yeri qoymur. Bilirsiz niyə? Çünki nə Tovuz təxribatına, nə də Paşinyanın sərsəmləmələrinə heç bir reaksiya göstərmədilər. İndi-Ermənistanın bizi Gəncə ilə hədələdikləri bir vaxtda da, necə deyərlər, “ağızlarına su alıb oturublar”. Gəlib, yeyib-içib, getmək nə qədər olar?! Bəlkə,  portfellərinizi yığasınız, cənablar?! Hə, nə deyirsiniz?!

 

Siyasi analitik, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ATƏT- in Minsk qrupunun fəaliyyəti barədə “Sherg.az”a danışıb.  Onun sözlərinə görə, narazılıqların yaranması təbiidir: 

“Cənab Prezident də öz çıxışında dedi ki, ATƏT-in Minsk qrupu faktiki olaraq mövcud status-kvonun qorunması ilə məşğuldur. Bu qurumların üzvlərindən biri Ermənistanı silahlandırır, digərləri isə başqa formada kömək edir.

Belə şəraitdə Minsk qrupundan hansı müsbət addımı gözləmək olar? Deməli, narazılıqlar təəccüblü deyil və ATƏT-in Minsk qrupu institunun ləğv edilməsi məsələsinin gündəmə gəlməsi tam realdır.

Bu, Azərbaycan ictimai rəyini əks etdirir. Tovuz döyüşləri də, ondan sonrakı hadisələr də göstərdi ki, Minsk qrupunun iştirakı ilə problemin həlli mümkün deyil. Çünki bu qurum koronavirusa, daha doğrusu, ermənivirusuna yoluxub.

Nəfəs ala bilmir, immun  sistemi tamamailə məhv olub”.