Mirzoyan: Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib

Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib.
APA-nın Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan XİN rəhbəri ilə görüşdən əvvəl çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tərəflər yalnız sülh müqaviləsi ilə kifayətlənmək istəmir. Belə ki, erməni nazir, eyni zamanda, regionda nəqliyyat kommunikasiyalarının bərpasının tərəfdarı olduqlarını vurğulayıb.