“Əsgərlərimiz ayıq-sayıqdır !” – Düşmənin Goranboy həmləsi sübut etdi !

“Düşmən ara-sıra diversiya qrupları göndərib təşviş yaratmaq istəyir”

“Amma peşiman halda geri qayıdırlar. Hətta bir neçəsi əsir düşür”


Cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Ordumuzun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülüb.  

Düşmənin Goranboy həmləsinin baş tutmaması Ordumuzun gücünü növbəti dəfə sübut etdi. Lakin baş verənlər bir daha göstərir ki, düşmən məkrli əməllərindən vaz keçmək istəmir. 

Məsələyə dair fikirlərini “Sherg.az”la bölüşən Qarabağ qazisi, ehtiyatda olan gizir Natiq Mehdiyev bildirib ki, erməni əsgərləri artıq Azərbaycan Ordusunun gücünə bələddir. Düşmən ara-sıra diversiya qrupları göndərib bizim üçün təşviş yaratmaq istəyir:

Qazinin sözlərinə görə, həmin qrupların ələ keçib məhv edilməsi Azərbaycan əsgərinin ayıq-sayıq olduğunu bir daha göstərdi:

“İnanıram ki, düşmən Goranboy hadisələrindən sonra bir neçə il öz yerində qalacaq. Onlar elə düşünürlər ki, başımız qarışacaq, döyüş yaddan çıxacaq. Lakin arada həm bizim, həm də özlərinin güclərini sınayırlar.

Bəzən diversiya qrupu göndərib ordumuzun ayıq-sayıqlığını görürlər. Daha sonra peşiman halda geri qayıdırlar. Hətta bir neçəsi əsir düşür. Ermənilərin tutulan diversiya qruplarını gördük.

Əsgərlərimiz onlardan təmiz, səliqəlidir. Əsir götürülən isə kəşfiyyat qrup komandiridir. O, hər kəsə nümunə olmalıdır. Amma baxırsan ki, qrup komandiri yox, sanki çobandır. Halbuki hərbiçiyə belə oxşamırlar”.