Konkret mövqe !- “Azərbaycana mənasız danışıqlar lazım deyil” -...Müharibə qaçılmazdır !
Banuçiçək Kalbalıyeva
13:48 03.09.2020
Müsahibə
2437
“...Regionda genişmiqyaslı hərbi əməliyyatların başlanması realdır. Özü də yaxın gələcəkdə”
“Hər halda baş verən hadisələr bu prosesi şərtləndirir”
“Status-kvonu saxlamağa hesablanan addımlar davam etdikcə Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək hüququndan yararlanacaq”
Dünən günorta saatlarında Ermənistan silahlı qüvvələri atəşkəsi pozub. Əslində bu, hər gün, hər gecə olur. Lakin ardınca Ermənistan ordusu Tovuz rayonunun Ağdam kəndi yaxınlığında olan neytral zonada yanğın törədib. Hadisə düşmənin artıq sayını itirdiyimiz növbəti təxribatıdır.
Ermənilər bu davranışları ilə psixologiyası pozulmuş insanları xatırladırlar - hər şeydən bezmiş, məqsədsiz adamlar kimi başqalarını qıcıqlandırır və məhv olmaqdan ötrü bəhanə axtarırlar.
Düşmənin ard-arda törədilən təxribatları barədə millət vəkili, politoloq Elşad Mirbəşiroğlu “Sherg.az”ın suallarını cavablandırıb:
-Sözügedən növbəti təxribat barədə nə düşünürsünüz?
-Belə addımlar Ermənistanın işğalçı dövlət siyasətinin elementlərindən biridir. Rusiya Xarici İşlər Nazirliyinin təbirincə desək, onların Tovuz təxribatlarının məqsədi nəzarət-keçid məntəqəsini ələ keçirmək idi. Təbii ki, bunun qarşısı alındı. Odur ki, növbəti təxribat gözlənilən idi. Düşmən uğursuzluğun əvəzini çıxmaq istəyirdi. Amma tək səbəb bu deyil.
-Başqa hansı amillər var?
-Ermənistan özünü cəzasızlıq mühitində hiss edir. Əslində, doğrudan da, belədir. ATƏT-in Minsk qrupu nə Tovuz təxribatı, nə Gəncə, Mingəçevir təhdidləri, nə Dağlıq Qarabağa ermənilərin köçürülməsi, nə də orduya muzdluların cəlb olunmasına reaksiya verdi. Əlbəttə, bu susqunluq da işğalçını ruhlandırır. ATƏT-in Minsk qrupu özünün vasitəçilik mandatına uyğun davranmır. Sadəcə seyrci mövqeyi tutur.
-Belə bir durumda biz nə etməliyik?
-İşğalçı ilə layiq olduğu dildə danışmaq lazımdır. Biz Ermənistanı beynəlxalq hüquq normalarına uymağa məcbur edə bilərik. Özü də çox rahatlıqla. Düşmən Azərbaycanın ərazi bütövlüyünü pozur, qeyri-qanuni məskunlaşmalar aparır...Deməli, ciddi sanksiyalar qüvvəyə minməlidir.
-Axı haqqında danışdığınız dinc vasitələr otuz ilə yaxındır heç bir işə yaramır...
-Bəli. Mənasız danışıqlar heç kimə lazım deyil. Xüsusilə də Azərbaycana. Əgər beynəlxalq qurumlar bizim çağırışlarımıza, ermənilərin təxribatlarına məhəl qoymursa, deməli, regionda genişmiqyaslı hərbi əməliyyatların başlanması realdır.
Özü də yaxın gələcəkdə. Hər halda baş verən hadisələr bu prosesi şərtləndirir. Status-kvonu saxlamağa hesablanan addımlar davam etdikcə müharibə qaçılmazdır. Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək hüququndan yararlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm