Rəqəmlər açıqlandı - Azərbaycan birinci olub

Dağlıq Qarabağ gərginliyi davam etdiyi bir zamanda müdafiə və aviasiya sənayesi ixracatında hansı ölkənin birinci yeri tutduğu bəlli olub.
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, müdafiə və aviasiya sənayesi sektoru keçən ay Azərbaycana 77 milyon 167 min dollarla ən çox ixracatı həyata keçirib.

Sentyabr ixracatı keçən ilin eyni dövrünə görə yüzdə 4,8 faiz, avqust ayına görə yüzdə 28,5 faiz artaraq 16 milyard 13 milyon dollar olub. Belə məlum olur ki, sektor ötən ay Azərbaycana ən çox ixracatı həyata keçirib. Azərbaycandan sonra 62 milyon 974 min dollarla Oman, 62 milyon 77 min dollarla ABŞ, 15 milyon 673 min dollarla Hindistan və 14 milyon 588 min dollarla Almaniyadır.

Bu ilin 9 ayında müdafiə və aviasiya sənayesi sektoru ABŞ-a 531 milyon 107 min dollarla ən çox xarici satış edib. ABŞ-dan sonra  127 milyon 928 min dollarla Birləşmiş Ərəb Əmirlikləri, 123 milyon 723 min dollarla Almaniya, 123 milyon 26 min dollarla Azərbaycan və 114 milyon 912 min dollarla Hindistan gəlir. Müdafiə və aviasiya sənayesi sektoru keçən ay 113 nöqtəyə ixrac həyata keçirdiyi bildirilib. Sektor keçən ilin eyni dövründə isə 110 nöqtəyə ixrac edib. Keçən ay müdafiə və aerokosmik sənayesində ən çox ixracatı Ankara edib. Bu dövrdə sektor Ankaradan 114 milyon 411 min dollarlıq ixracat edib.