Şairin səhhətindən yeni xəbər var: “Analiz götürdülər, cavabı...”

Xalq şairi Nəriman Həsənzadənin koronavirus infeksiyasına yoluxması ilə bağlı xəbərlər yayılıb. 
Biz də "Sherg.az" olaraq sevimli şairin son sağlıq durumunu öyrənmək üçün özü ilə əlaqə saxladıq. N.Həsənzadə hazırda səhhətinin yaxşı olduğunu söylədi:
"Xəbəri mən  sağalandan sonra yazıblar. Məndən analiz götürdülər, cavabı neqativ çıxdı. İndi səhhətim yaxşıdır".