2020-ci ildə geyimlərinə 216 min xərcləyib


Uels Şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middlton geyindiyi bahalı libasları və istifadə etdiyi qızıl-ziynət əşyaları ilə dünya mediasında gündəm olub.

Axşam.az xarici KİV-nə istinadən bildirir ki, Kembric hersoginyası  ötən il və bu il geyindiyi libasların, aksessuarlarının qiymətləri müqayisə edilib.

Bu il pandemiya səbəbi ilə Keytin geyimlərinə az pul xərclədiyi bəlli olub. Belə ki, Middlton ötən il bahalı libaslarına 103 min (təxminən 237 min 116 manat), bu il isə 94 min funt-sterlinq  (216 min 397 manat) xərcləyib.

38 yaşlı  Kembric hersoginyasının ən bahalı geyimi ötən il martda Dublinə səfəri zamanı geyindiyi libası olub. Onun qiyməti  22 min funt-sterlinq (50 min 646 manat) dəyərindədir.