Kəpəkdən təbii yollarla qurtulmağın sirləri – Türk mediası yazır 

Gözəl və baxımlı bir görünüş əldə etmək üçün sağlam saçlara sahib olmaq çox vacibdir. Saç baxımı ilə maraqlanan hər kəsin bir müddət kəpəklə problem yaşadığı bəllidir. Bərpaedici şampunları, qulluq kremləri, saç maskaları həmişə kəpək üçün həll ola bilməz. Kəpək o qədər geniş dəri problemidir ki, kosmetik şirkətlər bu gün də effektiv kəpək əleyhinə düsturlar inkişaf etdirməyə davam edirlər. Saçlarımızı “işğal edən” bu ağ kiçik hissəciklərdən qurtulmaq mümkün deyil.
“Sherg.az” türk mediasına istinadən kəpəkdən təbii yollarla qurtulmağın sirlərini qeyd edir.

Kəpəkdən qurtulmaq üçün ilk addım kəpəyin dəri xəstəliyi olduğunu qəbul etməkdir. Kəpək saç dərimizdəki ölü dəri hüceyrələridir. Dərimiz davamlı olaraq özünü yeniləyən canlı bir quruluşdur. Dərinin altında yeni hüceyrələr meydana gəldikdə, dərinin səthindəki ölü hüceyrələr üzə çıxır. Bu ölü hüceyrələrin saç köklərinə yığılması nəticəsində kəpəklə qarşılaşırıq.

Hər iki nəfərdən biri kəpəkdən əziyyət çəksə də, kəpəyin kişilərdə daha çox olduğu müşahidə edilib.

Kəpək üçün effektiv olan ilk üsul, ümumiyyətlə, saç təmizliyinə diqqət etməkdir. Saçları mütəmadi olaraq təmizləmək və hərtərəfli yaxalamaq, kəpəklə mübarizənin açarıdır. Kəpəkdən xilas olmaq üçün saçımızın və saç dərimizin nəmini qorumaq da çox vacibdir.

Tez-tez jelelərdən istifadə ediriksə, saç düzləndiriciləri, qıvrıcılar və qurutma fenləri ilə çox vaxt keçiririksə, saçlarımızın nəm itirməsi və quruması çox mümkündür. Kəpəklə mübarizə apararkən saç düzümünə kömək olan alətlərdən bir qədər aralı qalmağımız lazım ola bilər.

Hər kəsin mətbəxində olan limon da kəpəklə mübarizədə köməyimizə çata bilər. Limonun asidik təbiəti baş dərisinin PH dəyərini tarazlıqda saxlamağa kömək edir.

Saçları yumadan əvvəl saç köklərinə limon suyu  ilə masaj kəpəklə mübarizə aparanların  xilaskarı ola bilər. Lakin bunu kəpəkdən qurtulana qədər hər gün təkrarlamaq lazımdır.