Bu yağların inanılmaz faydaları var - İstifadə edin, nəticəni görün   

Sağlam pəhriz üçün ən vacib detallardan biri də istifadə edilən yağlardır. Keyfiyyətsiz yağlar sağlamlıqla bərabər pəhrizi də poza bilər. Lakin yaxşı yağlar beyin və ürək sağlamlığı üçün vacibdir.


“Sherg.az” “Haberturk.com”a istinadən həftədə bir dəfə istifadə edilməsi lazım olan yağlı qidaların adlarını açıqlayır.

1.Avakado yağı

Avokado hər gün asanlıqla istehlak edə biləcəyiniz unikal bir meyvədir. Bu meyvə bədənin ehtiyac duyduğu vitaminlər ilə zəngindir. Avokado həzmə kömək edir, uzun müddət toxluq yaradır, xərçənglə mübarizə aparır və dərini gözəlləşdirir. Səhər, nahar və ya şam yeməyində avokadodan istifadə etmək faydalıdır.

2.Yağlı balıq

Qızıl balıq kimi yağlı balıq sağlamlığınız üçün vacib qidadır. Artrit, ürək xəstəliyi və digər xəstəliklərin qarşısını almağa kömək edəcək bir növ yağ olan omeqa 3 ilə zəngindir.

3.Yumurta

Yumurtaların yüksək bir protein mənbəyi olduğunu hamımız bilirik. Yumurta sarısı da yaxşı yağlardır və ehtiyacınız olan bütün vitaminləri, mineralları və amin turşularını özündə ehtiva edir. Xolesteroldan narahat olursanız, həftədə bir neçə yumurtanın xolesterol səviyyəsini artırmayacağına əmin ola bilərsiniz.

4.Qoz-fındıq

Fındıq sağlamlıq üçün ən çox təbii yağ olan qidalar arasındadır. Qoz beyin sağlamlığı üçün yaxşıdır və ürək-damar problemlərinin qarşısını alır. Badam antioksidanlarla doludur. Qəlyanaltılarınız üçün qurudulmuş qoz-fındıq istehlak etməyi vərdişə çevirin. Unutmayın ki, xam qoz-fındıq istehlak etmək daha sağlamdır.

5.Kakos yağı

İstifadə edilən ən sağlam yağlardan biridir. Bişirmək üçün problem olmayan bu yağı qovurma zamanı da istifadə edə bilərsiniz. Bir çox qidaya kakos yağı əlavə etmək olar.