Yanlış maska istifadəsi ağızda göbələk yarada bilər

Tez-tez dəyişdirilməyən, yaş və nəmli maskaların koronavirus qarşı qoruculuq qabiliyyəti azalır. Həmçinin immun sistemi zəif olan insanlarda infeksiyalara, xüsusilə göbələk xəstəliyinə səbəb olur. Son bir ildir ki, bütün dünyada xəstəliklərdən qorunmaq istəyənlər maska taxmadan çölə çıxmırlar. Maskanın səhv istifadəsi və ya uyğun olmayan materiallarla istehsal olunan maskaların seçilməsi müxtəlif dəri problemlərinə səbəb olur. Son vaxtlar bu problemlərə göbələklər əlavə edildi.

“Sherg.az”a “Trthaber.com”a istinadən bildirir ki, yanlış maska istifadə etmək ağızda və onun  ətrafında bakterial infeksiyalara və göbələklərə səbəb ola bilər.

Ağızdan çıxan tər, asqırma və öskürək ifrazatları ilə maskanın ıslanması və nəmləndirilməsi bakteriya və göbələk böyüməsi üçün əlverişli bir mühit yaradır.Bu durum yalnız göbələyə yox digər infeksion xəstəliklərə də yol açır.

Dəridə yarana biləcək qıcıqlanma və sızanaqların qarşısını almaq üçün maskanı düzgün istifadə etmək lazımdır.Yəni maska vaxtaşırı dəyişdirilməlidir. Maskanı düzgün istifadə etmək qədər doğru maska almaq da önəmlidir.

Sintetikdən hazırlanan keyfiyyətsiz maskalar antivirus xüsusiyyətlərinə malik deyil. Onlar tərləməyi də asanlaşdırır. Xüsusilə gözəl göründükləri üçün rəngli maskalardan istifadə məsləhət deyil.