Sürətli yeməyin bilmədiyiniz fəsadları: mədə və beyin...

Sürətli şəkildə qidalanma alışqanlığı kökəlmə, mədə və bağırsaq kimi sağlamlıq problemlərinə səbəb olur. Mütəxəssislər yemək vaxtının 20 ilə 30 dəqiqə arasında olmasını vurğulayırlar. Çox sürətli yemək həm də qidaların qana tez qarışmasına və artıq kalori qəbul etməyimizə səbəb olur.
Yeməyi çeynəmə vaxtı da önəmlidir. Ümumiyyətlə, sürətli yemək ac olan zaman mədəyə çox zərər verir.

“Sherg.az” türk mediasına istinadən tez zaman kəsiyində qidalanmanın zərərlərini açıqlayır.

“Trthaber.com”un məlumatına görə, sürətli yeyərkən mədə və beyin toxluq hissini qəbul edə bilmir. Bu da insanın tox olmasına baxmayaraq, yeməyə davam etməsinə imkan verir. Halbuki nə qədər yavaş yesək, toxluq hissi bir o qədər güclü olar.

Qidalanma çox sürətli şəkildə olduqda həzm problemi və piylənmə dərəcəsi olduqca yüksəkdir. İnsanlar yeməyi 13-15 dəfə çeynəyərək tədricən uzun yemək vaxtlarına alışa bilərlər.

Türkiyəli həkim-professor Nur Ozman sürətli yeməyin çox pis vərdiş olduğunu bildirib:

“Qidanı çox çeynəməməyimiz mədə-bağırsaq sistemi xəstəlikləri, piylənmənin altında yatan əsas amillərdən biridir. Belə yemək tərzi qidaların həzmini çox uzadır. Bu da həzmsizlik, şişkinlik kimi bəzi problemlərə səbəb ola bilər”.