Türkiyədə COVİD-19-a yoluxma yenidən artıb

Türkiyədə koronavirusa yoluxanların sayı yenidən artır. “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir ki, son 24 saatda 138 min 214 test aparılıb. Onlardan 11 min nəfərin testinin nəticəsi pozitiv olub. 62 nəfər dünyasını dəyişib.

 Həmçinin 11 min 322 yeni yoluxma faktı qeydə alınıb. Sağalanların sayı isə 7 min 873-dür.