Uşaqlıqda  yıxılandan sonra fərqli adam olub: İnanılmaz qabiliyyət 

 Dünyada izaholunmaz və sirli hadisələrə tez-tez rast gəlmək olar. Vaxt keçdikcə bəzi sirlərin üstü açılır və onların izahı tapılır. Lakin elə hadisələr də var ki, uzun illərdi sirrini saxlayır.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, həmin hadisələrdən biri də İdi Doroti ilə bağlıdır. Doroti İdi adi uşaq idi. O, da bütün uşaqlar kimi qaçar, oynayar və gülərdi. Lakin bir gün pilləkanda qaçarkən Dorotinin ayağı ilişib yıxılır. Əvvəlcə onun öldüyünü güman edirlər. Amma bir müddət sonra qız ayılır və tam fərqli insana çevrilir.



Günlərin birində qızcığaz valideynləri ilə birlikdə Britaniya muzeylərinin birində gəzişərkən o, Qədim Misir otağına daxil olur. Doroti otağa girərkən dərhal duruxub qalır. O, mumiyaya yaxınlaşıb şüşə arxasından ayaqlarını öpməyə başladı. Bundan sonra qız depressiyaya düşür. Fotolara baxaraq vətəni Misirə qayıtmağa israr edir. O, Setinin abidəsini gördükdən sonra sevinərək atasına keçmişdə harada yaşadığını deyir. Onun Misirə olan sevgisi gündən günə artır və Doroti Misir tədqiqat qrupunun üzvünə çevrilir. Doroti tez-tez transa daxil olaraq heroqliflərə cümlələr yazırdı. O, Qədim Misirdə yaşamış Ommun həyatını danışmağa başlayır və qədim dildə yazır. Onun sözlərinə görə Omm firon Setinin kahinəsi olub. Bütün bu deyilənləri uydurma kimi də fikirləşmək olardı. Lakin özünü Omm adlandıran Doroti gizli saxlanmış tuneleri tapa bilib və özünün görücülük qabiliyyəti ilə arxeoloqlara bir sıra yardımlar edib. Doroti 1981-ci ildə vəfat edib və o, Setinin yaşadığı məbəddə ömrünü başa vurub. Onun Qədim Misir haqda bu qədər biliyə necə nail olması və xatirələrinin isə izahı bugünədək məlum deyil.