Aparıcıdan bu müğənniyə ittiham: "Şounu başa düşmür, telefonda qışqırır"

"Həmin Zaur" verlişində canlandırdığı obrazlarla diqqət çəkən aktyor Elnur Mahmudov növbəti dəfə müğənni Cavanşir Məmmədovu təqlid edib. C.Məmmədov isə Elnurun onu parodiya etməsini çox bəyənib. 

"Sherg.az" xəbər verir ki, bu barədə proqramın aparıcısı Zaur Kamal danışıb. O, C.Məmmədovun zəng etdiyini və təqlid olunmasını xoş qarşıladığını söyləyib:

" Bəzən də parodiya olunan müğənnilərdən əks fikir alırsan. Ona görə Elnur soruşdu ki, Zaur, Cavanşir müəllimi təqlid edim, ya yox? Dedim, narahat olma, burda mən varam. Amma bir neçə müğənni sərt reaksiya verdi. Birinin oğlu zəng etdi, bir digəri telefonda özü qışqırırdı. Fikirləşirəm ki, bunlar incəsənətə necə gəliblər?Bir də bizim müğənnilər şounu, əyləncəni başa düşmürlər. Ümumiyyətlə şou proqrama gəlirlər, məğzini anlamırlar. Mən 25 ildir bu sahədəyəm. Lakin yerimdə bir gənc aparıcı olsa, onu "parçalayardılar". Həm də müğənnilər mənə hörmət edirlər. Çünki bir yerdə böyüdük. Məsələn, birini həyatda tanıdım, sonra səhnəyə gəlməsinə kömək etdim. Sənətkarların, müğənnilərin 50-60 faizinə dəstək olmuşam. Özləri deməsələr də, mən söyləyirəm". 

Aparıcının bu sözlərindən sonra verlişin qonağı müğənni Vaqif Şıxəliyev ondan ad çəkməsini istəyib. Zaur isə "Özləri bilir" deyərək Vaqifin sualından yayınıb.