Bu kişi sözün əsl mənasında kəfəni yırtıb çıxıb - “Şanslı adam”!

Xorvatiyalı musiqi müəllimi Frano Selak dünyanın ən şanslı adamı kimi tanınır. Selakın şanslı olması aldığı loterayadan böyük məbləğdə pul udması ilə bağlı deyil. Daha doğrusu, sadəcə bununla bağlı deyil. 
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Frano Selak lotereya bileti alaraq, böyük miqdarda pul qazansa da, tamamilə başqa hadisələrə görə “şanslı adam” statusunu əldə edib.

Selakın başına bir çox faciəli hadisə, qəza gəlib, amma musiqi müəllimi ölümlə nəticələnən bütün olaylardan sağ qurtulub. 

Bir dəfə mindiyi qatar reysdən çıxaraq aşsa da, o, ölməyib. Özünü təyyarədən yerə atan Selak ot yığının üzərinə düşərək həyatda qalıb. Mindiyi avtobus aşaraq gölə yuvarlanıb, digər sərnişinlər ölsə də, o sağ qurtulub. Həmçinin, yanan bir maşından da salamat çıxmağı bacarıb. Hadisələr bununla bitməyib. Yol keçərkən sürətli gələn avtobusa bərk çırpılan “qəhrəmanımız” yenə ölməyib. Daha sonra bir kamazın onu vurması nəticəsində 91 metrlik dərinlikdə uçuruma düşüb. Ancaq yenə sağ qalmağı bacarıb. Bu hadisələrdən sonra ona “şanslı adam” deyiblər.