İnfeksionist bu tibb bacılarını qınadı: Yoluxanları evdə öldürürlər

"Son günlər ev şəraitində baxdığım covid xəstələrinin ilk həkimləri tibb bacılarıdır.Deməli 15 gün modulda işləyən tibb bacıları evdə xəstələrə ağıllarına nə dərman gəldi vururlar".

"Sherg.az" xəbər verir ki, bu barədə infeksionist Vüqar Cavadzadə bildirib.

Onun sözlərinə görə, xəstələrə deyirlər ki, biz modulda hər şeyi öyrənmişik, həkimlər xəstələrə nə yazırlar biz hamısın bilirik, biz ağır xəstələri dirildirik, sizdə nə varki. Xəstələrdə inanır, canların etibar edirlər tibb bacılarına:

"Xəstənin 10 gündür ki, yüksək qızdırması düşmür, deyirlər narahat olmayın coviddə elə belə olur.
Ehtiyyac olmadığı halda vena daxili infuziyalar yeridilir. El dilində desək sistemlər. Mənə sistem vur bədənim yuyulsun.
Digər tərəfdəndə testi pozitiv çıxan, amma heç bir klinik əlaməti olmayan şəxşlərə ilk gündən deksametazon, iki antibiotik və s. kimi preparatlar vururlar. 
Tibb bacılarının yeni müalicəyə başlayanda təyin etdikləri digər dərmanlar- Kalsium qlükonat, Essensiale, Riboksin, Aktovegin. Bu dərmanları yəqin həkimlərdə təyin edir ki, tibb bacıları da onlara baxıb öyrənirlər".

V.Cavadzadənin qənaətincə,  Coviddə laxtalanma artığı halda xəstələrə Kalsium qlükonat vururlar ki, xəstə əziyyət çəkməsin o dünyaya daha tez getsin. Biz hansı dövrdə yaşayırıq ki, xəstələrə Essensiale vurulur:

"O qədər müasir hepatoprotektorlar var ki. Yaxud da Aktovegin. Elmi cəhətcə sübuta yetirilmişdir ki, bu dərmanın heç bir effekti yoxdur.
Digər bir məsələ. Adam gedir aptekə deyir evdə covid xəstəsi var, hansı dərmanlar lazımdı verin. Aptek işcisidə yığır bahalı dərmanlardan iki çanta deyir vurun düzələgək. Xəstə yaxınıda sonda görür ki, xəstəsi ağırlaşıb, boğulur onda yadına düşür ki, hə həkimə müraciyyət etmək lazımdı. Həkimdə gəlir baxır, görür ki, xəstənin saturasiyası düşüb, xəstə ağırlaşıb. Xəstə getməlidi xəstəxanaya. Xəstədə o vaxt xəstəxanaya gedir ki, artıq iş işdən keçib.Sorada xəstə yaxınları deyirlər ki, xəstəxanada xəstəyə baxmırlar, xəstə ölür. Anlamaq istəmirlər ki, xəstəni elə demək olar evdə öldürüb gətirmisiz
 Amma heç biri dilə gətirmir ki, xəstəni evdə əvvəl tibb bacısı müalicə edib. Sonrada deyirlər niyə bu qədər ölüm var".