Nadirdən xanımına xoş sözlər: "Varlığın yetər"+FOTOLAR

Müğənni Nadir Qafarzadə həyat yoldaşı ilə fotolarını paylaşıb. 

"Sherg.az" xəbər verir ki, o evlilik ildönümlərinin olduğunu söyləyərək bunları yazıb:

"28 illik bir ömür yaşadıq. Bu illər ərzində nələr olmadı, nələr? Dünyanın hər üzünü gördük, amma əyilmədik, sınmadıq. Bir-birimizdən aldığımız güc bizə bütün çətinliklərə sinə gərməyi öyrətdi. Sənin mənə mükafatların çox oldu: sevgi və o sevgidən doğulan iki oğul. Sən yanımda ikən çox güclü oluram. Qoyma məni gücdən düşüm. Hər zaman yanımda ol. Varlığın yetər! Bu gün bizim toy günümüzdür!"