Sorğu: Müğənnilər ciblərində nə qədər pul gəzdirir? - VİDEO

“ARB” Tv-nin “Həmin Zaur” verlişinin əməkdaşları tanınmışlar arasında sorğu keçiriblər. Onlardan ciblərində nə qədər pul olduğunu soruşublar.
“Sherg.az” xəbər verir ki, sorğuda müğənnilər Şəbnəm Tovuzlu, Nazənin Salayeva, Səməd Səmədov, Səyyad Əlizadə, meyxanaçılar Namiq Məna, İntiqam Rüstəmov da iştirak edib.
S.Səmədov cibində 200 AZN, S.Əlizadə 200-300 manat pulun olduğunu söyləyib. N.Salayeva üzərində çox pul olanda çox xərclədiyini bildirib. Eyni zamanda yanında 500 AZN-nin olduğunu xüsusi vurğulayıb. 
Ş.Tovuzlu növbəti dəfə səhvə yol verib. O danışarkən “Pul qabım çantamdadır” deyib. Müğənninin bu ifadəsi sosial şəbəkələrdə gülüş doğurub. Şəbnəm  kartları evdə olsa da, yanında 200 manat pul olduğunu söyləyib. N.Məna cibindəki məbləği tam açıqlamasa da, pulun dollar olduğu açıq görünüb. Hətta meyxanaçının cibindəki pul müxbiri təəccübləndirəcək qədər çox olub.
Həmin videonu təqdim edirik: