Mətanətin boşanan gəlinindən ŞOK İDDİA: "Zəng edib hədə-qorxu gəlir"

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimdən qalmaqallı şəkildə boşanan Canana yenidən gündəmə gəlib. 
"Sherg.az" xəbər verir ki, o koronaya yoluxan keçmiş qaynanası üçün dua istədiyinə görə tənqid atəşinə tutulub. Canana bütün iradlara cavab kimi bu statusu yazıb: 
"Rəylərinizi oxuyub düşünürəm ki, necə də qınayırsınız. Sadəcə dua edib şəfa istədim. "Bağışlayıram" demədim. Balalarıma əziyyət verən insanı heç vaxt bağışlamaram. Bu gün övladlarım evsizdir. Mətanət xanımın oğlunun evlənəcəyi qadın mənə zəng edib hədə-qorxu gəlir. Deyir, üç uşağını 500 manat alimentlə dolandır. Onları evə görə narahat etmə. Mənə əmirlə balalarımı əlimdən alıb saxlayacağını deyir. Söylədim ki, övladımı nə üçün verməliyəm? Onları dünyaya gətirib, böyütmüşəm ki, sənin kimisi gəlib sahib olsun?! Sizcə haqq budurmu? 21 il o ailədə gəlin olmuşam: 8 il nişanlı, 12 il evli. Sizcə, bu uşaqlar evsiz qalmalıdırlar? Sualım məni qınayanlaradır. Bilirsiz ki, pulsuz məhkəmədə qalib ola bilmirsən. Haqlı ikən haqsız çıxardırlar. Zamanın öhdəsinə buraxıram. Vaxt hər şeyin dərmanıdır".