Bakıda gəncin boğazına küt alətlə xəsarət yetirilib

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən insident baş verib.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Zabrat qəsəbəsində, 2004-cü il təvəllüdlü Əliyev Valeh Habil oğlu iti alətlə vurulub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona boğaz nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.