Nadir Sərdar Ortaçın fanatlarını "sabun"adlandırdı, Nazənin də...

Ötən günlərdə türkiyəli ulduz Sərdar Ortaç Bakıya gəlib. O restoranların birində çıxış edib.
S.Ortaçın Azərbaycana gəlişinə müğənni Nadir Qafarzadə münasibət bildirib.
“Sherg.az” xəbər verir ki, hazırda Rusiyada olan ifaçı bunları söyləyib:
“Salam, eşitdim Bakıya Sərdar Ortaç gəlib. Yaman sabun qıtlığıdır. Mən daha sabun bişirməyəcəyəm”.
Naidirin fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Əksər sosial şəbəkə istifadəçisi onu açıqlamasına görə qınasa da, sənət dostları dəstək olub.

Məsələn, müğənni Nazənin Salayeva İnstaqram profilində bu sözləri yazıb:

“Mənim cəsarətli, sözü üzə deyən, vicdanlı qardaşım, Allah səni qorusun.  Hər zaman gerçəkləri  demisən. Qoy, səni gözü götürməyənlərin bağrı partlasın. Amma mən səni çox istəyirəm, çılğın, həssas qardaşım”.