Mətanətdən kövrək notlar:“Ürəyimə nə qədər yara vurublar”

Koronavirusdan sağalan əməkdar artist Mətanət İsgəndərli növbəti dəfə səhhətindən danışıb. O “Elgizlə izlə” proqramına telefonla bağlanıb.
“Sherg.az” xəbər verir ki, müğənni 21 gün reanimasiyada qaldığını söyləyib:
“Sevənlərimdən Allah razı olsun. Onların duası məni sağaltdı. Mənə zəng edib dedilər ki, Elgiz bütün verilişlərdə səndən danışırdı. Elgiz, sənin ürəyin çox gözəldi. Bayaq bir proqramda izlədim, sən ağladın, mən də kövrəldim. O kimdirsə, sənin ürəyini qırıb, mənim də qəlbimi səndırıblar. O yaralar bizim ürəyimizdədir. İnsan fikir edir. Ona görə xəstələnirik. Biz incəsənət adamları  həssasıq. Kiməsə pislik etmirik. Hamını sevindiririk. Üzdən elə görsənir ki sənət adamları xəstələnmir. Amma qəlbimiz qan ağlasa da, gülmək məcburiyyətindəyik. Qəlbimizə toxunurlar, biz fikir edirik. 35 ildir səhnədəyəm. Ürəyimə nə qədər yara vurublar...İnsan nə isə fikirləşəndə immuniteti düşür.

İnanın, mən kəfəni yırtdım. Özümdə deyildim. Həm panik atak, həm də bronxial astma var. Elə bilirlər toylara getmək, oxumaq asandır. İllərdir, mən məclislərdə sərinkeşlərin altında xəstələnmişəm”.