Dağıntılar altındakı insan harayını eşidəcək

Yeni sistemdən zəlzələ, fəlakətlər zamanı istifadə olunacaq

Alimlər tərtib etdikləri sistemi ABŞ Akustik Topluluğunun illik konfransında təqdim ediblər. Bu sistem məhz dronlar üçün işlənib və əsas üstünlüyü insan səslərini ayırd edə bilməsidir. Alimlər bildirib ki, sistemin yaradılmasında məqsəd dronların dağıntılara məruz qalan binalardan gələn qışqırıq, bağırtı, haray səslərini təsbit etməsidir.

Bunun sayəsində dronlar çığırtı, bağırtı gələn tərəfə istiqamət alacaq. Və ərazidə nə baş verdiyi, dağıntılar altında qalan insanların yerini müəyyənləşdirə biləcək.

Sistemdən xilasetmə qrupları da yararlana bilər. Hansısa bir fəlakət yaşandıqda itkin insanları tapmaq, yerlərini təsbit etməkdə hər dəqiqə önəmlidir.

“Şərq” Türkiyə mediasına istinadən bildirir ki, Böyük Britaniya mətbuatı bu məsələyə geniş yer ayırıb və gələcəyi türk istehsalı dronların müəyyənləşdirəcəyi uzun zamandır danışılır.

B.Britaniya mediasındakı məlumatlar türk dronlarının indiyədək tarixdə görünməmiş bacarıqlara sahib olduğunu ortaya qoyur.  İngilis mətbuatı yazır ki, türk istehsalı dronlar partlayıcı daşıya bilir və kamikadze xüsusiyyətinə malikdir, beynəlxalq terrorizmlə mübarizəyə də cəlb edilir.