Yaponiyada yeni rekord

Yaponiyanın Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun mühəndisləri dünya internet sürəti rekordunu qırıblar.
“Sherg.az” Türkiyə mediasına istinadən bildirir ki, yapon tədqiqatçılar əvvəllər saniyədə 178 terabit olan internet sürət rekordunu xüsusi olaraq hazırlanmış bir metodla inkişaf etdirib saniyədə 319 terabitə çatdırıblar. Keçən il İngiltərədə və Yaponiyadakı mühəndislər tərəfindən əldə edilən 178 terabit istehlakçıların əldə etdiyi ən sürətli internet sayılırdı. Yeni 319 terabit sürətinin isə Yaponiya, ABŞ və Yeni Zelandiya kimi ölkələrdə 10 Gbps sürətindən 17.800 dəfə daha sürətli olduğu ifadə edildi.