Vaqif Bayatlıdan XƏBƏR VAR: “Türkiyəyə getməli idim, amma” 

Tanınmış şair Vaqif Bayatlı uzun müddətdir, beyin anomaliyası və ürək xəstəliyindən əziyyət çəkir. 
“Sherg.az” olaraq şairin hazırkı sağlıq durumunu öyrənmək üçün onunla əlaqə saxladıq.
Qısa söhbəti təqdim edirik

-Vaqif bəy, indi səhhətiniz necədir? 

-Səhhətimlə bağlı heç nə bilmirəm. Həkim də sağlamlığım haqqında məlumat vermir.

-Sağlamlığınızdakı problemlər yaradıcılığınıza təsir edirmi, yarımçıq qalan şeiriniz, mətniniz varmı? 

-Yarımçıq qalan şeirim olmur. Şeir yazanda bitirirəm. Kitabım yeni çap olunub. Növbəti kitabı hazırlamaq fikrindəyəm”.

-Müalicəniz davam edirmi? 

-Təbii ki, davam edirəm. Hardasa 1 ay sonra Türkiyəyə getməli idim. Virusla əlaqədar olaraq sərhəd bağlandı. Həkimlərim Türkiyədədi. Allahın köməyi ilə yollar açılar.

-Novruz bayramına saatlar qalıb. Xalqımıza arzularınız... 

-Hamınıza sevgilər arzu edirəm. Həmçinin özünüzü sevdirməyi diləyirəm.Sevdirmək sevməkdən də üstündür. Sevgi yalnız sevməklə bitmir.Sevilən zaman sevgi daha böyük olur.Sevginin ən uca mərtəbəsi sevdirməkdir.Allah hamını  sevgiyə, sağlamlığa çatdırsın.

Samirə Ərəbova