Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sayıqlaması layiqli cavabını aldı

“Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” sözləri diplomatik nokautdur”.  Bunu Sherg.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. 

Analitik bildirib ki, Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sayıqlaması layiqli cavabını aldı: 

“Paşinyandan fərqli olaraq cənab İlham Əliyev bu ifadəni nüfuzlu beynəlxalq siyasi platforma hesab olunan “Valday” diskussiya klubunun iclasında səsləndirdi.

Təkcə bu fakt onu deməyə əsas verir ki, Azərbaycan dövləti Ermənistanın populist iqtidarından fərqli olaraq Dağlıq Qarabağ münaqişəsinə daxili auditoriyanı əldə saxlamaq üçün manipulyasiya vasitəsi kimi yanaşmır. Bizim üçün Qarabağ namus davasıdır. Nəyin bahasına olursa-olsun, gec-tez işğal edilmiş torpaqlarımızı düşmən azad edəcəyik. Buna şübhə olmasın”.