Kənd sakini Kürdə batdı 

Sabirabad rayonunun Cavad kəndi ərazisində, Kür çayında batdığı ehtimal olunan, 59 yaşlı Qaraxan Hümbətovun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Q.Hümbətovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.