Heydər Əliyev Ordeni kimlərə verilib - SİYAHI

Prezident İlham Əliyevin PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevi Heydər Əliyev Ordeni ilə təltif etməsindən sonra bu ali mükafatı daha əvvəl kimlərin alması gündəmə gəlib.

Axar.az xəbər verir ki, Ramiz Mehdiyev ölkənin ən yüksək təltifi olan Heydər Əliyev Ordeninə layiq görülən sayca 24-cü şəxsdir.

Heydər Əliyev Ordeninin ilk laureatı Prezident İlham Əliyev olub.

Heydər Əliyev Ordeni ilə təltif olunanlar:

1. 28.04.2005 - İlham Əliyev, Azərbaycan Prezidenti

2. 29.04.2005 - İhsan Əli Paşa oğlu Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi

3. 29.01.2007 - Jak Şirak, Fransanın sabiq Prezidenti

4. 27.03.2007 - Mstislav Leopodoviç Rostropoviç, Məşhur violençel ifaçısı və dirijor

5. 21.05.2008 - Viktor Yuşşenko, Ukraynanın sabiq Prezidenti

6. 27.11.2008 - Tahir Salahov, Məşhur Azərbaycan və SSRİ rəssamı

7. 14.06.2009 - Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin Əmiri

8. 02.07.2009 - Lex Kaçinski, Polşa Respublikasının sabiq Prezidenti

9. 10.08.2009 - Valdis Zatlers, Latviya Respublikasının sabiq Prezidenti

10. 18.04.2011 - Trayan Besesku, Rumıniya Respublikasının sabiq Prezidenti

11. 14.11.2011 - Georgi Pırvanov, Bolqarıstan Respublikasının sabiq Prezidenti

12. 11.07.2012 - Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti

13. 13.09.2013 - Arif Məlikov, SSRİ xalq artisti

14. 11.11.2013 - Abdullah Gül, Türkiyənin 11-ci prezidenti

15. 17.11.2013 - Viktor Yanukoviç, Ukraynanın 4-cü prezidenti

16. 02.09.2014 - Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 12-ci prezidenti

17. 29.06.2015 - Mehriban Əliyeva, Azərbaycanın 1-ci vitse-prezidenti

18. 28.11.2016 - Aleksandr Lukaşenko, Belarus Prezidenti

19. 26.12.2016 - Zeynəb Xanlarova, müğənni, SSRİ xalq artisti

20. 03.04.2017 - Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının sabiq Prezidenti

21. 20.12.2017 - Ömər Eldarov, heykəltəraş, Azərbaycanın xalq rəssamı

22. 18.07.2018 - Sercio Mattarella, İtaliya Respublikasının Prezidenti

23. 26.08.2019 - Allahşükür Paşazadə, Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri

24. 23.10.2019 - Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri

Məlumat üçün bildirək ki, Heydər Əliyev Ordeninin təsisi Milli Məclisə Azərbaycan Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə tövsiyə olunub.

Qeyd edək ki, Heydər Əliyev Ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarətdir. Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37 karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur.