Bakıda hüquq müdafiəçisinin döyülməsi faktı ilə bağlı araşdırmalara başlanıb.
Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətindən APA -ya verilən məlumata görə, vətəndaş Ağamusa İsmayılovun fiziki təzyiqə məruz qalması ilə bağlı
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. A.İsmayılov tərəfindən daxil olan müraciət üzrə tərəflər arasında şəxsi münasibətlər zəminində yaranan mübahisənin tam və hərtərəfli araşdırılması üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.
Qeyd edək ki, A.ismayılov hüquqşünasdır və o əvvəllər vəkil kimi fəaliyyət göstərib.