Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qarayevə və Z.Zeynallıya narkotik vasitə satmaqda şübhəli bilinən Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İbrahimov saxlanılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, aparılmış tədbirlərlə onun evindən 642 qrama yaxın marixuana, 296 qrama yaxın tiryək, 684 ədəd metodon və 1 ədəd avtomat patronu aşkar edilərək götürülüb.