Berdiməhəmmədov Azərbaycana gəldi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Prezident Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.