Bakıda piyadanı vuraraq qaçan sürücü tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 24-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini R.Hacıyeva vurulub və o, xəstəxanaya yerləşdirilib.
Bakı Şəhər Baş Pol İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarəti ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.
Araşdırma aparılır.