Qoşulmama Hərəkatına sədrlik Azərbayana keçdi

Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Hərəkatın Dövlət və Hökumət Başçılarının 18-ci Zirvə Görüşündə Venesuela Prezident Nikolas Maduro bildirib.

Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşkilatın sədri elan edilib.

Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.