82 yaşlı deputat: "Yerimizi gənclər tutmalıdır"

"Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməyəcəm".

Bu barədə Unikal.org-a Milli Məclisin deputatı Ağacan Abiyev deyib. O bildirib ki, gələn il yaş həddi ilə əlaqədar Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyini irəli sürməyəcək: 

“Artıq mən yaşlanmışam. Hesab edirəm ki, bizim yerimizi gənclər tutmalıdır”.

Qeyd edək ki, Milli Məclisin deputatı A.Abiyevin 82 yaşı var.