Suriyanın şimal-şərqində, YPG-nin nəzarətində olan ərazidə neft sahələrini qorumaq üçün əsgər və zirehli texnikalar göndərməyi düşünürük.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Mark Esper Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında bildirib.