Volodini İrəvanda yenidən sədr seçirlər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyası Şurasının iclasında Rusiya Dumasının spikeri Vyaçeslav Volodin assambleyanın sədri vəzifəsinə namizədliyini irəli sürəcək.

Axar.az xəbər verir ki, Volodinin seçilməsiylə bağlı qərar KTMT Parlament Assambleyasının bu gün İrəvandakı sessiyasında qəbul ediləcək.

Qeyd edək ki, Volodinin assambleyanın sədri vəzifəsinə seçilməsi təklifiylə Qırğızıstan spikeri Dastanbek Cumabekov çıxış edib.

Volodin 2016-cı ildə assambleyanın sədri seçilib. Onun səlahiyyətləri 2019-cu ildə bitir.