Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İzzət Kərimov tutduğu vəzifədən azad edilib.
Onun yerinə təyinat yoxdur.