“Digər namizədlərə uğurlar arzulamıram”.
Bunu Sherg.az-a açıqlamasında növbədənkənar parlament seçkisində 44 saylı Sumqayıt-Xızı dairəsindən namizəd olan BAXCP sədrinin müşaviri Azər Qasımov deyib.
İmza vərəqələrini aldığını söyləyən namizəd rəqiblərinin ondan “çəkəcəyi” var:
“Adımı eşidənlər mənimlə maraqlanmağa başlayıblar, mənə məlumatlar gəlir. Bələdiyyəyə seçilməyimin də rolu böyük olub. Bundan sonra BAXCP sədri Qüdrət Həsənquliyevin müşaviri ilə “baş – başa” qalacaqsınız. Yarı ciddi, yarı zarafat deyirəm ki, opponentlərim çəkinib, bu başdan namizədliklərini geri götürməsinlər. Çünki mənə asan qələbə lazım deyil”.