Tanınmış politoloq, Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə də növbədənkənar parlament seçkisində namizədliyini irəli sürüb.
Bu barədə Sherg.az.a politoloqun özü məlumat verib.
Ekspert 10 saylı Binəqədi 3-cu dairəsindən namizəd olduğunu söyləyib:
"Əsas məqsəd vətəndaşlar arasında seçki mühiti yaratmaq və seçkiyə gəlib səs vermələrinə nail olmaqdır. Bütün namizədlərə uğurlar arzulayıram".
Məlumat üçün bildirək ki, sözügedən dairənin sabiq deputatı Hacı Madər Musayev olub. Hacı Madər eyni dairədən 5 dəfə təkrar seçilən yeganə millət vəkili olub. Hakim YAP da həmin dairəyə öz namizədini irəli sürüb.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-da keçiriləcək.