"Ümidsiz, inamsız olmaq şeytan əməlidir, at kənara, Seçkiyə gəl!" - Şahbaz Xuduoğlu

"Əziz millətim,
Siz kimi seçirsinizsə, elə həmin şəxsiniz. Seçkiyə gəl və özünə bənzəyənə səs ver!
Səs ver dəyiş, ya da səs ver dəyişmə. Təki sən deyən olsun. SƏS VER!".

Bu çağırışı  Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu öz feysbuk səhifəsində edib. Şahbaz bəy daha sonra yazır:

"Evində oturmaqla heç nəyi dəyişə bilməzsən. Tanrı deyir, səndən hərəkət məndən bərəkət, Seçkiyə gəl.

Ölkənin idarə olunmasında iştirak et. O mənim deputatımdır demək haqqına sahib ol. Seçkiyə gəl.

Öz taleyinə, övladlarımızın gələcəyinə biganə qalma. Seçkiyə gəl!

Bəsdir “əşşi, onsuzda necə istəyirlər elə olacaq” deyib günahı başqalarının üstünə atdın. İttiham etmə, iddia et, istəmədiyini dəyişmək zamanıdır, Seçkiyə gəl! İnsanı var edən, onu dünyaya duyduran onun səsidir, səni var edən səsindən istifadə et, Seçkiyə gəl.

Tanrının, dünyanın sizə bəxş etdiyi zamanı, vaxtı, həyatı dəyərləndir.Tanrı səni inamlı yaradıb, ümidli yaradıb. Ümidsiz, inamsız olmaq şeytan əməlidir, at kənara, Seçkiyə gəl!

Bütün sivil xalqlar kimi həyatının, dövlətin cilovunu öz əlinə al.

Müqəddəs yer boş qalmır, qoymayın layiq olduğunuz yerlərdə fırıldaqçılar otursun. Səsinin oğurlanmasına imkan vermə. Seçkiyə gəl!

Babalarımzın qurduğu dövlətin sükanına sizin namizədiniz keçsin, siz keçin, seçkiyə gəl!

Qoy xalq deyən olsun.

Bir səsim var. O səs mənim vicdanımdır. Öz vicdanımı əmanət olaraq yalnız vicdanı olan şəxsə verə bilərəm.

Rumi deyir, "nə olursan ol, təki sən gəl". Necə varsan və harda olusran ol, təki seçkiyə gəl".

Turan