"Yaşa Müzəffər Ali Baş Komandanımız, Yaşa Rəşadətli Azərbaycan Ordusu!" - Vüqar Bayramov

"Biz Şuşaya qayıtdıq! Bu gün Azərbaycan xalqının qürur günüdür".

"Sherg.az" xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov sosial şəbəkədə yazıb.

Deputat bildirib ki, müzəffər Azərbaycan Ordusu böyük şücaət göstərərək Azərbaycanın incisi, mənəvi paytaxtı sayılan Şuşamızı işğaldan azad etdi:

"Yaşa Müzəffər Ali Baş Komandanımız, Yaşa Rəşadətli Azərbaycan Ordusu! Artıq Qarabağımızın döyünən qəlbi Şuşada da şanlı Azərbaycan Bayrağı dalğalanalacaq, sevinc, azadlıq günəşi doğacaqdır. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm! Qarabağ Azərbaycandır!".