150 milyon avro gülünc rəqəmdir: Azərbaycan imtina etsə yaxşı olar

“Rəsmi Bakı Avropa Birliyinin Azərbaycana təqdim etdiyi 150 milyon avrodan imtina etsə yaxşı olar”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. 

Analitik bildirib ki, Ermənistana verilən 2,6 milyard avro ilə müqayisədə Azərbaycana verilən 150 milyon gülünc rəqəmdir: 



“Avropa Birliyi Ermənistana 2,6 milyard ona görə verib ki, müharibədən sonra Azərbaycanla hərbi disbalansı aradan qaldırsın. Əgər Ermənistan tərəfi AB tərəfindən ona verilən vəsaitin 1 milyardına silah-sursat alsa ordusunu dirçəltmək şansı qazanacaq. Ona görə Azərbaycan ayıq-sayıq olmalıdır. Qısa müddətdə Ermənistanı məcbur etməliyik ki, Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanısın. Ordumuzu daim müasirləşdirməli, təkmilləşdirməli və peşəkarlaşdırmalıyıq. Bunun ilk addımı kimi xüsusi təyinatlılarımızın sayı 50 minə çatdırılmalıdır”.