"Ölkəmizin ərzaq təminatının 80 faizi yerli istehsalla ödənilir" - Millət vəkili,

"İşğaldan azad edilmiş torpaqların əksər hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarıdır"

Son 10 ildə qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin beşdə biri kənd təsərrüfatının payına düşür. Ötən müddət ərzində Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə böyük dəstək göstərilib. O cümlədən maliyyələşmə mexanizmi təkmilləşdirilib, aqrar sığorta inkişaf etdirilib, investisiyaların cəlbi üzrə stimullar sistemi formalaşdırılıb. Ekoloji təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsul və xidmətlərinə çıxış artırılıb. 

Millət vəkili, iqtisadçı-ekspert Azər Badamov "Sherg.az"a deyib ki, ölkə iqtisadiyyatının neftdən asıllığını aradan qaldırmaq və qeyri-neft sektorunun inkişaf etdirilməsi Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətinin əsasında dayanır.

Deputatın sözlərinə görə, qeyri-neft sekroru ölkəmizdə şaxələndirilmiş şəkildə inkişaf etdirilir: 

"Neftin qiyməti dünya bazarlarında aşağı düşdüyü dövürdə qeyri-neft sektorun inkişafı istiqamətində vaxtında atılmış addımlar ölkəmizi dünya böhranlarından daha az itkilərlə və qısa bir zamanda çıxmasına yol açıb. Məhz qeyri-neft sektorunu inkişaf etdirməyimizin uğurudur ki, ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir. Cari ilin 6 ayında sənaye istehsalımızın azalmasının kökündə də neft hasilatımızın OPEK+ öhdəliyinə görə azaldılması dayanır. Amma qeyri-neft sənayemiz 16,6 faiz,  qeyri-neft ixracımız 27 faiz artıb. Qeyri-neft sektorunun tərkibində vacib sektorlarından biri olan kənd təsərrüfatımız isə 5,6 faiz artıb. Kənd təsəsrrüfatında artımların əldə olunmasının əsasında son 10 ildə aparılan islahatlar və bu sahəyə olan dövlət dəstəyi dayanır. Qeyd edim ki, kənd təsəsrrüfatının davamlı inkişafı ölkədə ərzaq təhlükəsizliyinin təmini baxımından vacibdir. Çünki, dünyada bu gün ən çox narahat edən məsələ ərzaq çatışmamazlığı probleminin qloballaşmasıdır. Bir çox ölkələr ərzaq çatışmamazlığından əziyyət çəkir. Ölkəmizdə düşünülmüş şəkildə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı atılmış addımlar öz müsbət nəticələrini verir. Bu gün ölkəmizin ərzaq təminatının 80 faizi yerli istehsalla ödənilir. Demək olar ki, bitkiçilik, meyvəçilik və tərəvəzçilik məhsulları ilə ölkəmiz özünü təminə keçmiş və həm də ixrac potensialımızı artırır".

Parlament üzvü bəyan edib ki, bəzi kənd təsərrüfatı məhsulları var ki, qeyri-net ixracımızda öncül yerlərdədir: 

"Heyvandarlıq məhsullarının istehsalı sahəsində görülmüş işlər də effektiv nəticlərini göstərib. Bu məhsulları üzrə idxalımızı kifayət qədər azaltmağımıza imkan verib. Kənd təsərrüfatı sektorunda belə uğurlara imza atmağımızın əsasında bu sektora olan dövlət qayğısı və vaxtında aparılmağa başlanmış islahatlar dayanır. Bu gün kənd təsəsrüfatı sektoru torpaq vergisindən başqa bütün vergilərdən azad olunub. Kənd təssərrüfatı sektorunda istehsal olunan məhsullarının növündən asıllı olaraq əkilən hər hektarına görə və istehsal olunan məhsulun həcminə görə subsidiyalar verilir. Toxumların və cins mal-qaranın alınmasına dövlət dəstəyi göstərilir və alınan belə heyvanların, kənd təsrrüfatı texnikaların dəyərinin 40 faiz dövlət tərəfindən ödənilir. Ölkədə kənd təsərrüfatı istehsal sahələrinin suvarılması məsələlərinin həll edilməsi, yeni torpaqların dövrüyyəyə buraxılması məqsədilə yeni su anbarları, su kanalları və artezan qoyuları istifadəyə verilir. Beləliklə qısa olaraq qeyd etmək istəyirəm ki, kənd təsərrüfatına göstərilən dövlət qayğısı sayəsində  iqtisadiyyatın bu sektoru özünün inkişaf dövrünü yaşayır. Kənd təsrrüfatı sektorunda daha çox uğurların əldə olunması üçün potensial böyükdür və hökumətin həyata keidiyi proqramların  vaxtında icrası bu sektorda daha böyük nəticələrə nail olmağımıza yol açacaq".

A.Badamova görə, torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatı sektoru qarşısında yeni üfüqlər açıb: 

"İşğaldan azad edilmiş torpaqların əksər hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarıdır. Artıq minlərlə hektar azad olunmuş torpaqlarda əkin işləri həyata keçirilib. Qarşımızda böyük vəzifələr dayanır. Birinci növbədə azad olunmuş torpaqlarda təhlükəsizliyin təmin edilməsi üçün minalardan təmişlənmə işləri yekunlaşmalıdır. Sonra isə torpaq islahatı aparılmalı, dövlət, bələdiyyə və özəl mülküyyətə aid torpaqlar müəyyən olunmalıdır. İnsanların böyük qayıdışı təmin etməli, yerli sakinləri pay torpaqları ilə təmin olunmalıdır. Bundan əlavə işğaldan azad olunmuş torpaqlarda iri kənd təsəsrrüfatı müəsisələri yaradılacaq. İşğaldan azad olunmuş ərazilərimiz ağıllı kənd təsərrüfatı layihələri ilə qurulacaq. Bu da həmin torpaqlarda daha çox məhsuldarılığın əldə olunmasına, o cümlədən öz yurdlarına qayıdacaq insanların işlə təminatına töhfə verəcək. Artıq Ağalı kəndində ağıllı kənd layihəsi çərçivəsində ağllı  heyvandarlıq kompleksinin yaradılması layihəsi icra olunur. Belə layihələr azad olunmuş bütün rayonlarda icra olunacaqdır və yaxın gələcəkdə işğaldan azad olunmuş torpaqlarda baş verəcək sıçrayışlı inkişaf  ölkəmizin kənd təsərrüfatı sektorunu iqtisadiyyatımızın lokomotivinə çevirəcək".