Yeni bir müharibə başlasa bu, erməni dövlətçiliyinin sonu olacaq - XƏBƏRDARLIQ

"Müharibə 8 ay əvvəl bitib. Ermənistana tarixi şans verilib ki, sülh müqaviləsi imzalayaraq kommunikasiyalara qoşulub dalandan və miskin durumdan çıxsın".

Bunu "Sherg.az"a millət vəkili Bəhruz Məhərrəmov deyib. 

Deputat bildirib ki, əgər bu xəstə və nanəcib toplum imkandan istifadə etmirsə, abırsızcasına revanş iddiasına düşürsə, deməli özləri-özlərinə qənim kəsiliblər: 

"Azərbaycan yeni müharibə arzulamır. Hətta, ərazilərimiz işğalda olanda da müharibə istəməmişik. 27 sentyabr 2020-ci ildə savaşı da Ermənistan başlatdı və əks-hücumla yerlə-yeksan edildi. Əgər indi yeni bir müharibə başlasa bu, erməni dövlətçiliyinin sonu olacaq. Ermənistanın 30 il ərzində bütün strateji yüksəklikləri və cəbhəboyu üstünlükləri əlində saxladığı bir dövrdə Azərbaycan ordusuna düşməni qovmaq üçün cəmi 44 gün lazım oldu. Hazırda bütün səviyyələrdə müqayisəolunmaz üstünlüyümüz var.  Belə şəraitdə Azərbaycan Ordusuna müzəffər Ali Baş Komandanın öndərliyində düşmənin başını dəmir yumruqla əzmək üçün saatlar kifayət edər. Cənab İlham Əliyevin də dediyi kimi bu haqq işində bizi kimsə dayanmağa məcbur edə bilməz".