Telefondakı səsin sirri çözülmür


“Yuxuya getmək imkansızdır artıq!” 

İngiltərənin Cramlington şəhərinin sakini Robin Espin yuxusuzluq problemi ilə üzləşib. Bunun öhdəsindən gəlmək üçün dostları ona mobil telefonuna “ShutEye” proqramını yükləməyi məsləhət görüb. Deyilənə görə, bu proqramda gecə boyunca insana yuxu gətirəcək bəzi kəlmələr səslənir, nəticədə insan rahat yuxuya gedə bilir. Amma əksi baş verib. 

“Şərq” “Milliyet.com”a  istinadən xəbər verir ki, mobil telefonuna yüklədiyi proqram qadına rahatlıq gətirmək əvəzinə, kabusuna çevrilib. İlk zamanlarda proqram qadının köməyinə çatıb. Proqram mobil telefonuna daxil olan səsli mesajları səhər oxuyub, məlumat alırmış. Lakin bir gecə hər şey dəyişdi. Gecə rahatca yatağına uzanmış qadının telefonuna  saat 01:10 radələrində həyəcanlı səs gəlib: “Döşəkağılarını yırta bilərəmmi?”. Bu, bir kişi səsi idi və Robin bundan dəhşətə düşüb. “Onun nə dediyini anlamağım uzun zaman çəkdi. Amma indi nə dediyini anlayıram. Bu məni ürkütdü, çox qorxdum. Yataq otağında tək idim, kiçik oğlum öz otağında yatırdı, yanımda 2 balaca köpəyim vardı. Televizor da açıq deyildi. Bu səs hardan gəlirdi?.. Kimə aid idi?.. Düşündükcə ağlımı itirirəm” söyləyən Robin o gecədən sonra şoka düşdüyünü, artıq gecələri rahat yata bilmədiyini, yuxuya getməkdə yenə də çətinlik çəkdiyini deyib. Robin mənzildə bəslədiyi köpəyinin də gecələr davamlı hürdüyünə diqqət çəkib. Qadın bunu köpəyin onun duymadığı səsləri eşitməsiylə əlaqələndirir. Robin bu sirri çözmək üçün evə müşahidə kamerası yerləşdirib. Hadisə ilə bağlı polisin təhqiqatı da davam edir.