Şəfalı mağara 


Burada axan suyun həzin səsi ziyarətçilərə zövq verir

Türkiyənin Canik əyalətində 40 metr dərinlikdəki Tokat ballıca mağarasının şəfalı su qaynağı olduğu deyilir. Mağarada kars tərkibli süxurlar (əhəngdaşı, dolomit, təbaşir, gips, daşduz...) var. Yerli əhali iddia edir ki, mağarada toplanan su şəfalıdır. Bu haqda “Milliyet.com” məlumat verib. Lakin indiyədək mağarada tədqiqat aparılmayıb, mağara suyunun həqiqətən şəfalı olub-olmadığına dair elmi nəticə də ortaya qoyulmayıb. Yerli əhali isə mağaranın tədqiq edilməsində israrlıdır.  

 Mağaranın daxili rəngarəng, mənzərəlidir, görənləri heyran edir. Suyunun da şəfalı olduğu iddia edilincə, həm yerli əhalinin, həm də xarici turistlərin marağına səbəb olur. 

Mağarada axan suyun həzin səsi ziyarətçilərə zövq verir. Mağaraya daxil olanlar özlərini nağıllar aləmində hiss edir.

 Məhəllə sakini, 74 yaşlı Yalçın Düzgün İHA müxbiri ilə söhbətində bildirib ki, mağaranın suyunun şəfalı olduğunu böyüklərdən eşidib: “Böyüklərimiz həmişə bizə deyərdilər ki, bu mağaraya əvvəllər çox ziyarətçi gələrdi. 

Camaat buranın möcüzəli, suyun da şəfalı olduğuna inanırdı. Suyun hardan axdığını indiyədək kimsə öyrənə bilməyib. Sudan nümunə götürsünlər, analiz etsinlər. Həqiqətən şəfalı olub-olmadığını bilsinlər. Ziyarətçilər bu mağaraya axışırmış, mağaranın içi sanki məhşəri xatırladırmış. Sonralar bu mağara unuduldu. 

Sel gəldi, mağaranın girişi bağlandı. Baxımsız qaldı, dağıldı. Dövlət mağara ətrafında lazımi işlər görməlidir. Ətrafını təmizləsinlər, əvvəlki halına gətirsinlər. Yenə də ziyarətçilər bura gələcək. İnsanlar xeyir tapacaq. Samsunumuz üçün də turizm baxımından xeyirli olacaq”.