DİQQƏT! - Abituriyentlər üçün əlavə şans! – “Çoxu qəbul olunacaq”

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imhanalarına start verib. Artıq III qrup üzrə ilk imtahan 21 may tarixində, II qrup üzrə 22 may tarixində baş tutub. I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər. 


Bu il baş tutuan qəbul imtahanları haqqında təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlama verib. O, bidirib ki, bu 3-cü ixtisas qrupuna “Beynəlxalq Münasibətlər” və “Regionşünaslıq” ixtisasının daxil edilməsi bu qrupdakı abitruyent sayına müəyyən qədər təsir edib:

“ Keçən il ilə müqayisədə bu il 3-cü ixtisas qrupunda abituriyent sayın artdığını görürük. Test tapşırıqları ilə bağlı 2-ci və 3-cü ixtisas qrupları üzrə keçirilən imtahanların nəticələrin təhllilində görürük ki, hər iki qrupda Tarix fənni üzrə təqdim edilən test tapşırıqları orta ümumtəhsil məktəbin proqramına tamamilə uyğundur. Bu fənndən verilən test tapşırıqları kifayət qədər testologiyaya uyğun suallar idi. Məzmun baxımından çətin deyildi, çaşdırıcı sual yox idi.

2-ci və 3-cü qrupun Coğrafiya fənnlərin ayrı-ayrılıqda təhlil etdikdə görürük ki, bu il 3-cü qrupa yeni salındığına görə, suallar olduqca sadə idi və ümumi bilikləri daha çox  yoxlayan suallar idi. Məzmun baxımından da bir problem yox idi”.

Ekspertin sözlərinə görə, çətinliyi 3-cü ixtisas qrupunda Azərbaycan dili və Ədəbiyyat fənnində gördük:

“Keçən il ilə müqayisədə əsərlərdən olan suallar daha diqqətli abituriyentlərin yaza bilməsini özündə əks etdirən suallar idi. Məsələn, Ədəbiyyat fənnində suallar əsərlərin məzmunu və strukturu kimi məsələləri özündə cəmləmişdi. Daha hazırlıqlı abitruyentlər yaxşı nəticə göstərə bilərlər.

2-ci ixtisas qrupunda Riyaziyyat fənninin ağırlıq səviyyəsi 1-ci ixtisas qrupu ilə eyni idi. Amma hesab edirəm ki, bu suallar 2-ci qrup üçün çətin hesab oluna bilər.  Belə ki, 2-ci ixtisas qrupunda çox riyaziyyat təmayüllü ixtisaslar yoxdur. Düşünürəm ki, 1-ci ixtisas qrupdakı riyaziyyat , 2-ci qrupdakı fərqlənməlidir. Hesab edirəm ki, mütləq şəkildə bunu nəzərə almalıyıq”.

K.Əsədovun fikrincə, bu ilin nəticələri keçən ilkindən yüksək olmayacaq:

“Abituriyentlərin hazırlıq səviyyəsi, eyni zamanda, sınaq imtahanlarının sayının az olması  bunu deməyə əsas verir. 3-cü ixtisas qrupuna Coğrafiya fənninin əlavə olunması balların müəyyən qədər dəyişməsinə gətirib çıxaracaq. Çünki bu qrupda plan yerlərində kəskin artım var, əlavə ixtisaslar daxil edilib. Bu abituriyentlərin daha çox qəbul olma şanslarının artmasına gətirib çıxaracaq.

Bu il Azərbaycanda 700 bal gözləntim demək olar ki, yoxdur. Mənə görə ən yüksək nəticə 696-697 bal olacaq. Hesab edirəm ki, biz ikinci imtahanda şagirdlərin daha yaxşı hazırlaşması üçün ən azından bir sınaq imtahanı mütləq keçirilməliyik ki, özlərini daha hazır hiss etsinlər”.